Bazar , 19 Yanvar 2025
Drone Cameras

61 bağça müdiri işdən çıxarılıb, 1-i barədə hüquq mühafizə orqanlarına müraciət olunub

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir.

Nazirlikdən  verilən məlumata görə, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.

Eyni zamanda 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Check Also

Azərbaycanlı şagird ABŞ-də keçirilən beynəlxalq olimpiadada dünya birincisi olub

Azərbaycanlı 5-ci sinif şagirdi Ziya Novruzsoy ABŞ-nin Texas ştatında Rays Universitetində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında …