Bazar , 15 Noyabr 2026
Drone Cameras

Xərçəng xəstəliyinə qalib gələn futbolçu 531 gündən sonra oyuna çıxıb

Xərçəng xəstəliyinə qalib gələn İngiltərənin “Bornmut” klubunun futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb.

Boyukmillet.com xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turunun “Aston Villa” ilə matçına təsadüf edib.

26 yaşlı uelsli yarımmüdafiəçi komandasının 0:3 hesabı ilə məğlub olduğu səfər qarşılaşmasının 79-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulub.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Devid Bruksa xərçəng xəstəliyi diaqnozu qoyulub.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …