Litvanın Klaypeda şəhərində Novruz bayramı qeyd olunub.
Boyukmillet.com xəbər verir ki, Milli Mədəniyyət Mərkəzinin 100 nəfərlik zalında baş tutan bayram şənliyində Novruza xas Kosa-Keçəl oyunu, milli geyim və rəqslərimiz nümayiş etdirilib, Azərbaycanın milli şirniyyat və plov, dolma kimi yeməkləri qonaqlara təqdim olunub.
“Azəris” Azərbaycan Cəmiyyətinin sədri Əliağa Məmmədovun təşkilatçılığı ilə keçirilən tədbirə yəhudi, tatar, ukraynalı, alman cəmiyyətlərinin və eləcə də Latviyadan olan cəmiyyətlərin sədrləri də qatılıb.
Tədbirdə həftəsonu məktəbinin şagirdləri səməni konkursu keçiriblər və birinci, ikinci, üçüncü yerin sahibləri “Azəris” cəmiyyəti tərəfindən mükafatlandırılıb.
Sonda isə mərkəzin həyətində tonqal qalanıb. Qonaqlar ağırlıqlarını yandırmaq üçün odun üstündən tullanıblar.
Qeyd edək ki, Klaypedanın meri Vytautas Grubliauskas da Klaypedadakı “Azəris” cəmiyyətinin nümayəndələrini Novruz bayramı münasibətilə təbrik edib.