Bazar , 15 Noyabr 2026
Drone Cameras

Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

“Millət” koalisiyası Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Boyukmillet.com xəbər verir ki, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası “Millət” koalisiyasında birləşib. Kemal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədridir.

Xatırladaq ki, ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …