Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukrayna Avropaya Rusiya və əlavə silahlarla bağlı çağırış edib

Kiyev Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarından sonra Avropanın Moskvaya qarşı sanksiyaları gücləndirməsini gözləyir və əks-hücum əməliyyatını həyata keçirmək üçün əlavə silah tələb edir.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Fransanın LCI telekanalının efirində deyib.

Podolyak deyib ki, Kiyevdə Parisin məsuliyyətli, qətiyyətli olması və tarixi seçim etməsi gözlənilir:

“Rusiya qarşısını ala bilmədiyimiz pilotsuz təyyarələrlə, ballistik raketlərlə bizə hücum edir. Bizə qarşı aviasiyadan, o cümlədən taktiki nüvə silahı ilə təchiz oluna bilən aviasiyadan istifadə olunur və biz ancaq aviasiya sahəsində eyni imkanlara malik olduğumuz halda cavab verə bilərik. Fransanın bu məsələdə nümunə göstərməsi çox arzuolunan olardı”.

Ukrayna Prezident Ofisinin müşaviri əlavə edib ki, o, “Mirage” qırıcılarının Paris tərəfindən çatdırılmasını nəzərdə tutmur. Onun sözlərinə görə, Kiyev Alamniyann koordinasiya etdiyi tank koalisiyasından nümunə götürərək Avropada da “hava koalisiyası”nın yaradılacağını gözləyir.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …