Bazar ertəsi , 5 May 2025
Drone Cameras

AzMİU-da karyera sərgisi keçiriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti dəfə tələbə və məzunlar üçün karyera sərgisi keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə 70-dən çox dövlət qurumu, müəssisə və təşkilat ümumilikdə 200-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edəcək.

Sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif ediləcək.

Karyera sərgisi aprelin 4-də saat 10.00-da, Ayna Sultanova küçəsi 11 ünvanında – AzMİU-nun İdman Kompleksində başlayacaq.

AzMİU rəhbərliyi, Təcrübə və Karyera Mərkəzi universitetin bütün tələbə və məzunlarını sərgidə aktiv iştiraka dəvət edir.

Check Also

Türkiyənin “T3 Fondu” Azərbaycanda ikinci mərkəzini Qubada açacaq – EKSKLÜZİV

Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) yaxın gələcəkdə Azərbaycanın Quba şəhərində elm mərkəzi açacaq. Bunu “Report”un …