Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Əli Kərimli təxribatla məşğul olur” RƏY-ÖZƏL

““Milli Şura” adlanan qondarma qurum müvafiq icra hakimiyyəti orqanlarına sərbəst toplaşmaqla bağlı müraciət olundu və bu müraciətə müsbət cavab verildi”. QHT.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, amma dağıdıcı ünsürlər Lökbatanda deyil, şəhərin mərkəzində, əhalinin gur gedib-gəldiyi yerlərdə aksiya keçirmək istəyində olduqlarını bildirdilər: “Bunların sosial bazası yoxdur. Sosial bazası olan bir siyasi qrupun üçün yerin önəmi əsas deyil. Onlar istənilən yerdə öz sözlərini deyə bilərlər. Ancaq bunlar toplaşmaq istədikləri yer elə bir yerdir ki, orda hər hansı bir aksiyanın keçirilməsi mümkündür, həm də təhlükəsizlik baxımdan. 28 may metrosu həm yeraltı, həm də yerüstü qovşaqdır. Həm də, qanunvericiliyə görə, aksiyalar metro stansiyalarından 200 metr kənarda olmalıdır. Ümumiyyətlə, AXCP sədri olan Ə. Kərimli yaşadığı evin qarşısından icazəsiz aksiyaya qoşulan qədər təxribatla məşğul oldu. İnsanları qeyri-qanuni olaraq, çağırışlarla aksiyaya qoşulmağa çağırdı. Amma xalqımız Ə.Kərimlini və həmin düşərgədə təmsil olunanları qətiyyətlə rədd etdi”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …