Şənbə , 14 Mart 2026
Drone Cameras

Pərviz Şahbazov: “İlin sonunadək Azərbaycan Macarıstana qaz tədarük edə bilər”

Azərbaycandan Macarıstana ilin sonunadək təbii qaz tədarükünə başlanıla bilər.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə aparılıb.

Bu barədə P. Şahbazov özünün “Tviter” hesabında yazıb.

Onun sözlərinə görə, qörüşdə, həmçinin “Yaşıl enerji” layihəsi üzrə zəruri addımları müəyyənləşdirilib.

Xatırladaq ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin III iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir.

https://twitter.com/ParvizShahbazov/status/1641446302142861314?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1641446302142861314%7Ctwgr%5E0d3295d2fa33c449f6344066bd1c6616d7fab6b3%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fenergetika%2Fperviz-sahbazov-ilin-sonunadek-azerbaycan-macaristana-qaz-tedaruk-edile-biler%2F

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …