Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

YAP bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib

Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Partiyadan APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. İdarə Heyətinin qəbul etdiyi qərarda göstərilir ki, Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

Mərkəzi Seçki Komissyasına ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün Bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atıb. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların Bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul edib”, – müraciətdə bildirilib.

Check Also

Psixiatriya xəstəxansına salınan bələdiyyə sədrinin müavini: “Bu, mənə təhqir idi…”

Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?” Qazax rayon …