Bazar , 14 Dekabr 2025
Drone Cameras

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək – VİDEO

Boyukmillet.com xəbər verir ki, noyabrın 2 və 3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı  keçiriləcək .

Festivalın açılışı noyabrın 2-də saat 11:00-da olacaq. Festivala muxtar respublikanın bütün rayonlarından olan  ailə təsərrüfatçıları tərəfindən müxtəlif növ məhsullar çıxarılacaq, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.

Həmçinin ailə təsərrüfatçıları arasında “Aktiv ailə təsərrüfatı” müsabiqəsi təşkil ediləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki ““Ailə təsərrüfatı məhsulları” festivalı da özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …