Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Dünya Bankının prezidenti: “Ukraynanın bərpası üçün yüz milyardlarla dollar lazımdır”

Dünya Bankının (DB) hesablamalarına görə, Ukraynanın yenidən qurulması üçün yüz milyardlarla dollara ehtiyac olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu DB-nin prezidenti Devid Malpas Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.

“Söhbət yalnız bərpa etmək, hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq üçün lazım olan yüz milyardlarla dollardan gedir. Yalnız bundan sonra gələcək haqqında düşünmək mümkün olacaq”, – Malpas deyib.

Onun sözlərinə görə, ötən il fevral ayının sonundan etibarən Dünya Bankı Ukraynaya qeyri-hərbi yardım üçün 21 milyard dollar göndərib.

Bank rəhbəri həmçinin qeyd edib ki, ölkənin gələcək Avropa İttifaqına üzvlüyü üçün onunla “bazarlar və logistika baxımından” əlaqələrin qurulması çox vacib olacaq.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …