“Rusiya Prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır”.
Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışı zamanı deyib.
O bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: “Mən dünən Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”.
Baş katibin sözlərinə görə, NATO Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək.