Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanlı xilasedici Afrikanın ən hündür zirvəsini fəth edib, Azərbaycan bayrağını dalğalandırıb

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Sima Səfərova 25-28 mart tarixlərində Afrika qitəsinin ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsini fəth edib.

Boyukmillet.com xəbər verir ki, Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yürüş edən S.Səfərova dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən zirvədə Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, Sima Səfərova Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisidir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …