Bazar , 22 Noyabr 2026
Drone Cameras

Bolqarıstan Rusiyadan sertifikat almış gəmilərin ölkəyə girişinə qadağa qoyub

Bolqarıstan aprelin 8-də saat 00:00-dan Rusiya Dəniz Gəmiçiliyi Reyestri tərəfindən sertifikatlaşdırılmış gəmilərin reyestr limanından asılı olmayaraq ölkənin dəniz və çay limanlarına girişinə qadağa tətbiq edəcək.

Boyukmillet.com xəbər verir ki, qadağa Avropa İttifaqının Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər haqqında tənzimləməsi əsasında tətbiq edilir.

Qeyd edək ki, 2022-ci ilin aprelində Rusiya bayrağı altında üzən gəmilərin Bolqarıstan limanlarına girişinə qadağa qoyulub.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …