“Ruslar 9 aydır Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirə bilmirlər”.
Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.
O bildirib ki, bu, Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilmiş general Valeri Gerasimovun uğursuzluğunun təzahürüdür: “Şərqdəki rus qoşunları vahid strateji məqsədə nail ola bilməzlər. Onlar bir neçə istiqamətdə bataqlığa düşüb güclərini tükəndirirlər”.
Çerevatının sözlərinə görə, qarşı tərəfin ərazilərin ələ keçirilməsinə dair məlumatları doğru deyil.
Qeyd edək ki, uzun müddətdir Baxmutda gərgin döyüşlər gedir. Rusiya tərəfi şəhərin mühasirəyə alındığını bildirir. Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, əməliyyat şəraiti Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.