“Mübariz Mənsimov Azərbaycan milləti üçün bəladır”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlıların təhsil problemləri barədə tədbirdə danışarkən İstanbulda yerləşən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova deyib.
O qeyd edib ki, Türkiyədə yaşayan azərbaycanlı müəllimə Aygün Həsənoğlu və digər şəxslər onun haqqında Türkiyə Təhsil Nazirliyinə (Türkiyə Milli Eğitim Bakanlığı) şikayət ediblər:
“Məni dəfələrlə nazirliyə çağırıblar. Türklər məni başa düşüb, fəaliyyətimə şərait yaradıblar. Türkiyəlilər bizim oradakı azərbaycanlılarımızdan məsələlərə daha həssas yanaşırlar.
O ki qaldı daim xaricdəki həmvətənlərimizə “dəstəyi” ilə öyünən Mübariz Mənsimova, o ancaq öz reklamı ilə məşğuldur. Onu çox şişirdirlər. O, Azərbaycan milləti üçün bəladır. Onu sevən şəxslərdən soruşuram, heç birinə köməyi dəyməyib. Halbuki reklama aldanıb, onun insanları dəstəklədiyini düşünürlər”.
Aysel Aslan