Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.

Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …