Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Hesablama Palatası: “İşğaldan azad edilmiş ərazilərdə auditlər hələ başa çatmayıb”

İşğaldan azad edilmiş ərazilərdə auditin aparılması ilə bağlı ən böyük problem başa çatmış obyektlərin demək olar ki, hələ olmamasıdır.

Boyukmillet.com xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Hesablama Palatası 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə ilkin auditlərə başlayıb: “Əvvəldən aparılmış auditlər layihə-smeta sənədlərinin, iş həcmlərinin, ekspertizanın vaxtında başa çatmaması və ya bu işlərin paralel aparılması səbəbindən yekunlaşmayıb. Paralel aparıldıqda bu işləri indidən yoxlayıb, nöqsan deyib, artıq ödəmə kimi vəsaitləri bərpa etmək düzgün olmaz”.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …