Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukrayna “Xiaomi”ni müharibə sponsorları siyahısına daxil edib

Ukraynanın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Agentliyi (KMMA) Çinin “Xiaomi” korporasiyasını müharibənin beynəlxalq sponsorları siyahısına daxil edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Şirkət Rusiyada böyük müharibə başlayandan sonra işləri davam etdirdiyi üçün müharibənin beynəlxalq sponsorları siyahısına əlavə edilib. Bundan başqa, “Xiaomi” hələ də Rusiyada smartfon satışında liderdir.

2018-ci ildən bu günə qədər “Xiaomi” Rusiyanın onlayn mağazalarında satışda birinci yeri tutur, həmçinin ölkə daxilində rəsmi səlahiyyətli “Mi Store” pərakəndə satış mağazalarının geniş şəbəkəsinə malikdir.

“Xiaomi” 2022-ci ilin üçüncü rübündə Rusiyaya tədarükləri əvvəlki ilə müqayisədə – yəni böyük müharibə davam edərkən 39 % artırıb. 2022-ci il ərzində “Xiaomi” bazar payını iki dəfə artırıb: 2022-ci ilin iyul ayında “Xiaomi” və onun alt brendi “POCO” birlikdə Rusiya smartfon bazarının 42 %-ni təşkil edib və satış həcminə görə birinci yeri tutub.

Rusiya bazarı Çin şirkəti üçün son dərəcə vacibdir, ona görə də “Xiaomi” ötən ilin yazından bəri işğalçı dövlətdə marketinq fəaliyyəti həyata keçirməsə də, bu ölkədən çıxmaq planlarını açıqlamayıb.

Rəsmi rəqəmlərə görə, 2021-ci ildə “Xiaomi”nin Rusiya bölməsi 202 milyon dollar gəlir əldə edib, buradan Rusiyanın ordusunun saxlanması üçün vergilər əldə olunub.

İndi “Xiaomi” Rusiya ofislərinə işə qəbulu fəal şəkildə bərpa edir və flaqman smartfonların satışına rəsmi başlandığını elan edib ki, bu da şirkətin Rusiyada tamhüquqlu mövcudluğunu bərpa etmək niyyətindən xəbər verir.

KMMA qeyd edib ki, buna görə də “Xiaomi” korporasiyası hərbi təcavüzə sponsorluq edir.

Agentlik həmçinin xatırladıb ki, şirkət 2021-ci ildə smartfon istehsalı üzrə dünyada lider olub, həmçinin məişət texnikası, planşetlər, ağıllı saatlar, proqram təminatı, elektrik skuterləri, elektrik velosipedləri və s. istehsal edir.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …