Bazar , 22 Dekabr 2024
Drone Cameras

Metsamor AES-in yaratdığı fəsadlar: uşaqlar şikəst doğulur, bitkilər quruyur və …

Göksel Gülbey: “Ermənistanda yaşayan müxtəlif qrupların da Metsamor AES-in necə zərərli olması mövzusunda etirazları olur”

Türkiyənin İqdır şəhərindəki Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin(ASİMDER)sədri Göksel Gülbey Ermənistandakı Metsamor AES-in fəaliyyətinə qarşı aktiv etirazlarını bildirir.G.Gülbey qəzetimizə müsahibəsində “Metsamor” təhlükəsi və buna qarşı gördükləri işlərdən danışıb. 
-Metsamorun bölgə və dünya üçün hansı təhlükəsi var?
-Metsamor AES xüsusilə İqdır şəhərinə sərhəddən 500 metr uzaqlıqdadır. İqdırın sərhəd kəndlərində ağaclar və tarlada yetişən meyvə-tərəvəz həmişə quruyur. Qadınlarda uşaqsalma baş verir və həmçinin sonsuz olan qadınlar var. Elə qadınlar var ki, heç uşaq dünyaya gətirə bilmirlər. Zehni çatışmazlığı və ya şikəst olan uşaqlar var. Hər ailədə ən az xərçəngdən ölən 3 və ya 4 adam var. Heyvanlarda şikəst və ikibaşlı doğumlar müşahidə olunur. Bütün bunlar sərhəd kəndlərdə, eləcə də Ermənistan sərhədinə yaxın kəndlərdə görünən çətinliklərdir.
-Hazırda Türkiyədə Metsamora yaxın ərazidə əhali arasında və ya əkinçilikdə Metsamorun hər hansı ziyanı özünü göstərirmi? Şüalanma varmı?
-Metsamor AES Araz suyu ilə soyudulur. Bu su yer altına gedir. İqdırlılar yeraltı suyu ilə əkinlərini sulayır. Kəndlərin çoxu içmə, duş və tarlasulamada artezian, yəni yeraltı sudan istifadə edir. Bu da insanlarda müxtəlif xəstəliklər yaradır. Xərçəng ölümləri çoxalır.
-Siz Metsamorun bağlanmasına qarşı hansı etiraz aksiyası keciribsiz?
– Bu stansiyanın bağlanması üçün dörd ölkənin (Türkiyə, Gürcüstan, Azərbaycan və İran) xarici işlər nazirliklərinə hazırladığımız məktublardan səfirliklərinə də göndərdik. Həmçinin Türkiyə Böyük Millət Məclisində olan siyasi partiyalara göndərdik. Metsamorun bağlanması üçün imza kampaniyalarına başlamışıq. 7 min imza toplayaraq Baş nazirə göndərdik. Ermənistan sərhədində mətbuat konfransı etdik. İqdır Bələdiyyə meydanında şəhər mərkəzində üzərimizə kəfən bezlər geyinərək “yaşayan ölülər”, deyə xərçəng ölümlərinə etiraz etdik.
-Rəsmi Ermənistana bununla bağlı müraciət edibsizmi?
– Rəsmi olaraq edə bilmədik, çünki Ermənistanla Qarabağın işğalından ötəri Türkiyə bütün diplomatik əlaqələrini dondurub və sərhəd qapılarını bağlayıb. Ona görə görüşməyimiz mümkün deyil, amma mətbuata açıqlamamızla mesajlar verdik. 
-Yerli erməni xalqı Metsamorla bağlı narahatçılıq kecirirmi? 
– Təbii. Ermənistanda yaşayan müxtəlif qrupların da bu atom stansiyasının necə zərərli olması mövzusunda çox olmasa da, etirazlarını mediadan oxuyuruq.
-Beynəlxalq aləmin bu məsələyə diqqətini çəkmək üçün nə planlarınız var?
– Önümüzdəki günlərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Diaspor Mərkəzi (BDM) və ASİMDER olaraq İqdırda Metsamor AES-in olduğu bölgədə izdihamlı toplantı keçirəcəyik. Bu tədbirdə “stop Metsamor”, deyə bağlanılmasını istəyəcəyik. Sonra da Türkiyə və Azərbaycandakı səfirliklərə bir məktub yazaraq müraciətlər göndərəcəyik. Eyni zamanda qəbul olunan sənəd və məlumatları da onlara göndərəcəyik.

 

http://palitranews.az/

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir