Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Sahibə Qafarova: “Ermənistan regionda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür”

Ermənistanın Avropa İttifaqının missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürütməsi aydın müşahidə olunur.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib.

O deyib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədi boyunca və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atəşkəs rejimini pozmaqda davam edir: “Bu da insan tələfatına səbəb olur”.

Spiker üç gün əvvəl Ermənistanın sərhəddə növbəti hərbi təxribat törətdiyini və nəticədə üç azərbaycanlı hərbçinin həlak olduğunu diqqətə çatdırıb.

Check Also

MSK Milli Məclisə seçkilərlə əlaqədar “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki …