“Neftçi”nin zədəli futbolçuları Ataa Caber və Vato Arveladzenin son durumu bəlli olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.
O, hər iki oyunçunun fərdi məşqlərlə kifayətləndiyini bildirib.
Qeyd edək ki, “ağ-qaralar” bu gün Azərbaycan Premyer Liqasının XXX turunda “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.