Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İspaniya La liqası: “Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Sevilya” doğma meydanda qələbə qazanıb

Oktyabrın 27-də futbol üzrə İspaniya La Liqasının X turu çərçivəsində keçirilən matçda “Sevilya” doğma meydanda “Getafe”ni qəbul edib.

“Ramon Sançes Pizxuan” stadionunda baş tutan görüşün birinci hissəsində qapılara qol vurulmayıb. Qarşılaşmanın 69-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Çiçarito hesabı açıb. “Sevilya” klubunun yarımmüdafiəçisi Lukas Okampos 78-ci dəqiqədə fərqlənərək komandasının ikinci qolunu vurub. Görüş elə bu hesabla da bitib – 2:0.

Beləliklə, Sevilya təmsilçiləri turnir cədvəlində 19 xalla beşinci pillədə qərarlaşıb.

Günün digər oyunlarında “Qranada” doğma meydanda “Real Betis”i minimal hesabla qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib – 1:0.

“Real Sosyedad” isə səfərdə “Selta Viqo”nu 0:1 hesabı ilə məğlub edib. Kataloniyanın “Espanyol” klubu rəqib meydanda “Levante”ni 1:0 hesabı ilə üstələyib. Turun son oyununda isə “Osasuna” doğma divarlar arasında “Valensiya”nı qəbul edib. Meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub ediblər.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …