Çərşənbə , 8 Aprel 2026
Drone Cameras

Üç amerikalı dənizçi Meksika sahillərində itkin düşüb

ABŞ Sahil Mühafizəsi “Ocean Bound” yelkənli qayıqda olan 3 nəfərin itkin düşdüyünü açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə idarənin press-relizində bildirilib.

Qeyd olunub ki, dənizçilər Meksikanın Mazatlan şəhərini tərk edərək San Dieqoya gedirdilər və yolüstü onlar Meksikanın Kabo San Lukasında ərzaq almaq üçün dayanmalı olublar. Qurum üç nəfərin təyinat yerinə çatması ilə bağlı heç bir qeydin olmadığını bildirib.

ABŞ Sahil Mühafizəsi vurğulayıb ki, Meksika Hərbi Dəniz Qüvvələrinin nümayəndələri dənizçilərin axtarışına yardım edir.

Check Also

Hörmüz boğazında 800 gəmi “tələyə” düşüb – qlobal enerji böhranı barədə xəbərdarlıq

Dünya iqtisadiyyatının “şah damarı” sayılan Hörmüz boğazı ətrafında dramatik vəziyyət yaranıb. “Bloomberg” agentliyinin məlumatına görə, …