Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Küveyt Ukraynanın enerji sektoruna yardım ayırıb

Küveyt hökuməti Ukrayna üçün güclü elektrik generatorlarının alınmasına 1 milyon dollar ayırıb.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bəyan edib.

Qeyd olunub ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Küveytə səfər edib, səfər zamanı diplomatlar Ukraynaya yardımı müzakirə ediblər. Vurğulanıb ki, ərəb ölkəsi Ukraynanın müharibədən sonrakı bərpasına qoşulmaq imkanlarını da nəzərdən keçirir.

Xarici işlər nazirinin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü günü Küveytə səfəri zamanı Ukrayna dövləti, biznesi və vətəndaşları üçün yeni imkanlar yaradacaq bir sıra digər konkret razılaşmalar əldə olunub.

Nazirlik qeyd edib ki, körfəzin digər ərəb ölkələri ilə də əlaqələrin intensivləşdirilməsi nəzərdə tutulur.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …