Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

İrandan Azərbaycana 21 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 21 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, aprelin 19-da saat 00:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 690 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olunublar

Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü – Hikmət …