Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Türkiyəli nazir: “Başqa ölkələr “TCG Anadolu” desant gəmisi ilə maraqlanırlar”

Dünya ölkələri Türkiyənin yerli istehsallı “TCG Anadolu” desant gəmisindən almaq istəyirlər.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

O bildirib ki, artıq başqa ölkələr də “TCG Anadolu” ilə maraqlanır: “Bu gəmilərdən bizim üçün də istehsal edin” deyənlər var”.

Amma M.Varank həmin ölkələrin adlarını açıqlamayıb.

Nazirin sözlərinə görə, “TCG Anadolu” müdafiə sənayesi sahəsində yeni mərhələnin əsasını qoyub: “PUA-lar asanlıqla gəmiyə enib-qalxa bilirlər. Dünyada bu imkana malik olan başqa ölkə yoxdur. Şərqi Aralıq dənizində, Egedə keçirilən beynəlxalq əməliyyatlarda ciddi uğurlar əldə edə bilərik”.

Qeyd edək ki, “TCG Anadolu” desant gəmisinin istehsalına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları keçirilib.

Check Also

Selçuk Bayraktar: Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək

Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki …