Cümə , 22 Noyabr 2024
Drone Cameras

Serbiyalı nazir: “Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi”

“Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Serbiyanin idman naziri Zoran Qayiç Milli Gimnastika Arenasında jurnaslitlərlə görüşü zamanı deyib.

Paytaxtda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimində iştirak edəcək funksioner bildirib ki, dünyada bu cür möhtəşəm idman obyektləri çox azdır: “Burada idmanın inkişafı üçün ideal şərait var. Buna görə ölkə rəhbərliyinə, idman nazirliyinə təşəkkür düşür”.

2011-2012 və 2015-ci illərdə Bakının “Rabitə” və “Telekom” voleybol klublarının baş məşqçisi olmuş Qayiçin sözlərinə görə, Azərbaycanda idman infrastrukturu əvvəlki illərlə müqayisədə çox dəyişib: “Mən burada işləyəndə hazırda olduğumuz Milli Gimnastika Arenası yenicə tikilirdi. Bir çox idman obyekti hələ qurulmamışdı. Geridə qalan 11,5 il ərzində infrastruktur müsbətə doğru çox dəyişib. O cümlədən ölkədə keçirilən “Formula 1″ kimi nüfuzlu yarışlar dünya idman ailəsində Azərbaycan üçün prestijdir”.

Gənclər və idman naziri Fərid Qayıbovla da görüşən qonaq danışıqların çox məhsuldar alındığını vurğulayıb: “Bir neçə ortaq layihə ilə bağlı razılıq əldə etdik. Həmçinin kadr, məşqçi mübadiləsi, birlikdə təlim-məşq toplanışlarının təşkili barədə anlaşdıq. Qərara gəldik ki, bir il Azərbaycanda, növbəti il Serbbiyada hər hansı idman növü üzrə yeniyetmələr və gənclər arasında idman yarışları keçirək. Bu, iki ölkə arasında münasibətləri daha da gücləndirəcək. Hamıya məlumdur ki, Prezidentlərin çox yaxşı münasibətləri var. Serbiyada Azərbaycan şirkətləri fəaliyyət göstərir. Bundan sonra idman siyasətində də birgə addımlamağa razılaşdıq. Dünya və Avropa idman qurumları ilə daha çox əməkdaşlıq edəcəyik ki, həmyerlilərimiz beynəlxalq təşkilatlarda daha çox təmsil olunsunlar”.

Check Also

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. “Report” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun …