Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

AQTA sədri vəhşi heyvanlarda quduzluğa qarşı peyvəndləmə işlərindən danışıb

“İlk dəfə aviasiyadan istifadə etməklə vəhşi heyvanlarda quduzluğa qarşı peyvəndlənməyə nail olduq”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O, regionda vəhşi təbiətin əsas problemlərindən birinin quduzluq xəstəliyi ilə bağlı olduğunu bildirib.

Q.Təhməzli vurğulayıb ki, Gürcüstanla sərhəd ərazilərdə aldadıcı yemlərdən istifadə etməklə vəhşi heyvanların peyvəndlənməsinə nail olunub.

AQTA sədri bununla da problemlə mübarizədə irəliləyiş əldə etməyin mümkünlüyünü söyləyib.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …