Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Özbəkistanda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçiriləcək

Özbəkistanda Ulu Öndər Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.

Deputatlar “Heydər Əliyev İli” çərçivəsində Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təşkil olunacaq “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu, Azərbaycan-Özbəkistan dostluq və strateji əməkdaşlığının əsasçısı” adlı beynəlxalq konfransda iştirak edəcəklər.

Səfər çərçivəsində deputatlardan C.Paşazadə Milli Məclisin, A.Vəliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), M.Həsənov isə MDB Parlament Assambleyasının xətti ilə Özbəkistanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq referendumunu müşahidə edəcəklər.

Səfər mayın 2-də başa çatacaq.

Check Also

Hökumət parlamentə BU TARİXDƏ hesabat verəcək

Milli Məclisdə “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun …