Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

İlham Əliyev: “Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur”

“Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur”.

Boyukmillet.com xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanladığı məktubda yer alıb.

“Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır. Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, bu il isə Səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətlərimizin daha da inkişafına vüsət verəcəyinə əminəm”, – məktubda qeyd olunub.

Check Also

Azərbaycanın Almaniyadakı səfiri Paşinyanı ermənicə salamlayıb

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyanı ermənicə salamlayıb. Boyukmillet.com xəbər verir ki, …