Bazar , 19 May 2024
Drone Cameras

Biləsuvarda eyni ərazidə iki yol qəzası olub, xəsarət alanlar var 

Biləsuvar rayonunda bu gün səhər saatlarında eyni ərazidə xəsarətlə nəticələnən iki yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hər iki hadisə rayonun Süd zavodu yaxınlığında qeydə alınıb.

Bu qəzada 3 nəfər rayon sakini – 1989-cu il təvəllüdlü G.Rufullayeva, 1989-cu il təvəllüdlü T.İmanova və 2016-cı il təvəllüdlü D.Mirzəyeva xəsarət alıb.

Digər avtoqəza zamanı “VAZ 2106” markalı minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, 1978-ci il təvəllüdlü F.Qurbanov xəsarət alıb.

Hadisələr zamanı xəsarət alan 4 nəfər rayon xəstəxanasına yerləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Check Also

Nərimanovda 19 yaşlı gənci avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir …