Bazar ertəsi , 6 May 2024
Drone Cameras

AQTA sədri: “İşğaldan azad olunmuş ərazilərdə xəstəliklərdən azad zonalar yaradılması barədə prioritetlər müəyyənləşdirilir”

“Böyük Qayıdış Proqramı”nda işğaldan azad edilən ərazilərimizdə xəstəliklərdən azad zonaların yaradılması ilə bağlı xüsusi tədbirlər planı nəzərdə tutulub.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, bu yaxınlarda respublikanın baş baytar müfəttişi ilə birlikdə həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, həm də FAO kimi beynəlxalq təşkilatların ekspertləri ilə birgə işğaldan azad edilən ərazilərə baxış keçirilib:

“Hazırda işğaldan azad olunmuş ərazilərdə xəstəliklərdən azad zonalar yaradılması barədə prioritetlər müəyyənləşdirilir”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …