Bazar , 8 Mart 2026
Drone Cameras

Türkiyə polisi 21 şəhərdə antiterror əməliyyatı keçirib, 110 nəfər saxlanılıb

Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 21 şəhərində antiterror əməliyyatı keçirib.

Boyukmillet.com xəbər verir ki, Diyarbəkir mərkəzli əməliyyat Bursa, Siirt, Mardin, Gaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara ve Adıyaman şəhərlərini əhatə edib.

Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatına maliyyə yardımı göstərən, gəncləri təşkilatlara cəlb edən 110 nəfər şübhəli şəxs saxlanılıb.

Əməliyyat davam edir.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …