Prezident İlham Əliyev Kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Boyukmillet.com sərəncamın mətnini təqdim edir:
Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin:
Əzimov İlham Müqbil oğlu
Hacıyev Rahət Tofiq oğlu
Quliyev Babakişi Orucəli oğlu.
***
İlham Əliyev M.M.Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Atçılığın inkişafında xidmətlərinə görə Maarif Məmməd oğlu Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzlayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Əsgərova Zəhraxanım Balamirzə qızı
İmanov Vilayət Yəhya oğlu
İsmayılov Hadı Seyid oğlu
“Tərəqqi” medalı ilə
Abasov Rafət Firudin oğlu
Babayev Nizami Məmməd oğlu
Bayramov İlham Müzəffər oğlu
Bazarov Məhəmməd Heybullah oğlu
Əliyev Hikmət Yusif oğlu
Əmirov Rəşadət Vasif oğlu
Əskərov Tərlan Yusif oğlu
Gülalıyev Səlimxan Musa oğlu
Həsənov Rufulla Fayaz oğlu
Həsənov Yusif Həsən oğlu
Hüseynov Tahir İslam oğlu
Hüseynov Yenibar Sevindik oğlu
İbrahimov Habil Qəməddin oğlu
Kamalov Əsəd Qəzənfər oğlu
Kazakov İvan Vasilyeviç
Kazımova Cəmilə Cümşüd qızı
Qasımov Elman Umud oğlu
Mehdiyev Valeh Seyfulla oğlu
Mənəfov Novruz Şəmil oğlu
Orucov Rəcəb Əhməd oğlu
Ramazanov Sahib Nemət oğlu
Sadıqov Ələddin Nemət oğlu
Sərdarov İlyas Abbasəli oğlu
Yusifov Maarif Əlmədət oğlu
Ziyadov İkram Paşa oğlu.
***
İlham Əliyev “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1681-VQ nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1681-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. 2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının 37-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının 37-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, bu Sərəncamın 2-ci hissəsində müəyyən edilmiş səlahiyyətli orqan barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.