Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ərdoğan: “Artıq “TEKNOFEST” öz sahəsində brendə çevrilib”

“Artıq birincisini 2018-ci ildə təşkil etdiyimiz “TEKNOFEST” öz sahəsində brendə çevrilib”.

Boyukmillet.com xəbər verir ki, bunu aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Türkiyə Prezidenti 2022-ci ildə Bakıda azərbaycanlı gənclərlə “TEKNOFEST” sevincini yaşadıqlarını qeyd edib: “Samsundan Qaziantepədək ölkəmizin müxtəlif şəhərlərində texnologiya, müdafiə sənayesi və elmlə maraqlanan gənclərlə bir araya gəldik”.

Onun sözlərinə görə, müraciət edən komandaların sayı hər il artır: “Bildiyiniz kimi, 2018-ci ildə 4 333 müraciətlə bu hadisəyə bismillah dedik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komandaya, 1 milyon rəqib müraciətinə çatdıq”.

Ərdoğan vurğulayıb ki, müsabiqə kateqoriyalarının sayı 14-dən 41 əsas və 102 alt kateqoriyaya yüksəlib: “İştirakın artması ilə mükafat və təşviqlərimizin məbləği də artıb. Cəmi 4 milyon TL mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon TL-yə çatıb. İnanıram ki, rekordlar və ilklər festivalı olan TEKNOFEST uğur zolağını daha da yüksəldəcək”.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …