Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfəri aprelin 29-da başa çatıb.

Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan yola salıblar.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …