ABŞ və müttəfiqləri gerçək soyqrım görmək istəyirlərsə onları 21 əsrin ən dəhşətli soyqrmı olan Xocalı soyqrımına hüquqi qiymət verməyə çağırırıq.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sözdə “erməni soyqırımı”nı tanıyan qanun layihəsini rədd edirik.
Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxannlının adından yayılan bəyanatda yer alıb.
Bəyanatda bildirilib ki, “Barış pınarı” əməliyyatının qarşısını ala bilmədikləri üçün məyus olanlar bu şəkildə qardaş Türkiyədən və uca Türk millətindən qisas alacaqlarını düşünürsə, səhv edirlər. Bu qərarın Türkiyə hökuməti və dünyanın bütün nöktələrində yaşayan Türk milləti qarşısında heç bir etibarı və müddəası yoxdur. Bu qərarın heç bir hüquqi əsası yoxdur.
Qərar, eyni zamanda, 1948-ci il Soyqırımın qarşısının alınması haqqında Konvensiyanın müddəalarına, eləcə də ABŞ qanunlarına və beynəlxalq hüquqa ziddir.
Beynəlxalq hüquqda 1915-ci il hadisələrini “soyqırımı” olaraq təyin edən heç bir qətnamə yoxdur. Sözügedən dövrdə baş verən hadisələr siyasətin deyil, tarix elminin sahəsidir.
Azərbaycan Türkiyə Evi olaraq millətimiz adına “Barış pınarı” əməliyyatı səbəbilə oktyabrın 29-da Türkiyəyə qarşı ABŞ Nümayəndələr Palatasında sanksiyaların qəbulunu nəzərdə tutan qanun layihəsini şiddətlə qınayırıq.
Qardaş Türkiyənin yüksək vəzifəli məmurlarını və Silahlı Qüvvələrini hədəf götürən layihə NATO çərçivəsində müttəfiqlik Ankaranın Vaşintqonla münasibətlərinin ruhuna uyğun deyil və ABŞ rəhbərliyinin Suriya ilə bağlı 17 oktyabrda əldə etdiyi razılaşmaya ziddir.
ABŞ və müttəfiqləri gerçək soyqrım görmək istəyirlərsə onları 21 əsrin ən dəhşətli soyqrmı olan Xocalı soyqrımına hüquqi qiymət verməyə çağırırıq.