Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qaxda evdən geyim oğurlayan şəxslər saxlanılıb

Qax rayonunun Cəlayir kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, gecə saatlarında sahiblərinin evdə olmadığını fürsət bilən naməlum şəxslər oradan geyimlər və digər əşyalar oğurlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Rəvan Əşrəlizadə və onunla əlbir olan yeniyetmə saxlanılıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri əməli etiraf ediblər.

Davam etdirilən tədbirlərlə onların oğurladıqları əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …