Cümə , 22 Noyabr 2024
Drone Cameras

Taleh Kazımov maliyyə sektorunun vəziyyətindən DANIŞDI: “Məni qane etmir”

Bəzi bankların maliyyə göstəriciləri ilə bağlı çağırışlar var.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, bunlar əsas sistem əhəmiyyətli olmayan kiçik banklardır.

“Soruşsanız maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir? Deyərdim ki, etmir. İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar” – AMB sədri qeyd edib.

Taleh Kazımov ümumilikdə isə bankların kredit portfelinin keyfiyyətinin qənaətbəxş olduğunu, qeyri işlək kreditlərin portfeldə xüsusi çəkisinin cəmi 3,7% etdiyini əlavə edib.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …