Cümə , 22 Noyabr 2024
Drone Cameras

ECA prezidenti: “Azərbaycandakı yarış Avropada avarçəkmənin inkişafına böyük töhfə verə bilər”

“Yarış çox yaxşı təşkil olunub. Bu, Avropada avarçəkmənin inkişafına böyük töhfə verə bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Suqovuşan və Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası barədə danışarkən deyib.

Quruma yenicə rəhbər seçilmiş funksioner ilk xarici səfərini Azərbaycana gerçəkləşdirdiyini bildirib: “Bu səbəbdən hazırkı yarışı izləmək mənim üçün vacib idi. Dəvətə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına (AKAF – E.S) təşəkkür edirəm. Bilirsiniz ki, mən Fransa Kanoe Federasiyasının da prezidentiyəm. Fransa Azərbaycanın üzvlüyünü tanıyan ilk ölkədir. Dövlətlərimiz, xalqlarımız arasında sıx və geniş əlaqələr mövcuddur”.

Jan Zunqrananın sözlərinə görə, Suqovuşan və Mingəçevirdə keçirilən yarış gələcəkdə təqvimdə lisenziya xarakterli turnir kimi qəbul oluna bilər.

Qeyd edək ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatasına bu gün yekun vurulacaq. Mükafatlandırılma mərasimi isə mayın 7-də Bakıda keçiriləcək.

Check Also

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. “Report” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun …