Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Yol hərəkəti qaydaları və mən” adlı rəsm müsabiqəsi keçirilib

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə “Yol hərəkəti qaydaları və mən” adlı rəsm müsabiqəsi keçirib.

Boyukmillet.com xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə Ulu Öndərin ölkəmizdə gənc nəslin inkişafına verdiyi misilsiz töhfələr bir daha xatırlanıb, müsabiqəyə qatılan uşaq və yeniyetmələr tərəfindən mahnı və rəqslər ifa olunub, yol hərəkəti qaydalarını təbliğ edən rəsmlər çəkilib.

Münsiflər heyəti tərəfindən seçilən qaliblərə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi adından diplom və mükafatlar təqdim edilib.

Bununla yanaşı, müsabiqədə iştirak edən 50-dək uşaq və yeniyetməyə hədiyyələr verilib, onlar yol hərəkəti təhlükəsizliyinin təbliğində fəal olmağa həvəsləndirilib.

Check Also

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olunub

Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Boyukmillet.com xəbər …