Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

İstanbulda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin Türk-İslam Dünyası Kültür və İqtisadiyyat Dərnəyinin, Azərbaycanın Zirvə İslahatlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə İstanbul Bağçılar Bələdiyyəsinin “Başkan” konfrans salonunda baş tutub.

Tədbirə Bakı Dövlət Universitetinin müəllimləri Asifə Əliyeva, Sona Məmmədbəyova, Azərbaycanın İstanbuldakı Baş konsulluğundan konsul Zaur Allahverdizadə, Bağçılar Bələdiyyəsinin qeyri-hökumət təşkilatları üzrə nümayəndələri Bahattin Albayrak və Murat Gün, “Türk Kızılay”ı İstanbul Küçükçekmece rayon şöbəsinin müdiri Hüseyn İpek, azərbaycanlıların ən çox məskunlaşdığı Bağçılar Bələdiyyəsi ərazisində yaşayan Azərbaycan ictimaiyət nümayəndələri, eləcə də Türkiyədən olan ziyalılar, nüfuzlu şəxslər iştirak ediblər.

Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, akademik Numan Kurtulmuşun, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrımın, Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayevanın, Bağçılar Bələdiyyə sədri Abdullah Özdemirin məktubları oxunaraq, onların Ulu Öndər Əliyevin xatirəsinə ehtiramları ifadə olunub.

Çıxışçılar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, Ulu Öndərin Azərbaycan dövlətçilik tarixində və türk dünyasındakı rolundan bəhs ediblər.

Bildirilib ki, Heydər Əliyevin xidmətlərinin nəticəsi olaraq, Azərbaycan-Türkiyə dostluğu daha da möhkəmlənib və onun türk dünyasındakı nümunəvi xidmətləri bütün türk gənclərinə aşılanmalıdır.

Check Also

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat …