Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Mövlud Çavuşoğlu: “Ermənistan səmimi olmadığına görə Cənubi Qafqazda vəziyyət hələ də gərgindir”

“Cənubi Qafqazda vəziyyət kövrəkdir. Ermənistan səmimi olmadığına görə durum hələ də gərgindir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, indi dünyada beynəlxalq sistemsizlik hökm sürür: “Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə sistemsizlikləri müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Halbuki BMT-nin, Avropa İttifaqının yaradılmasının məqsədi toqquşmaların qarşısını almaq idi”.

Nazirin sözlərinə görə, Ukrayna müharibəsində Türkiyə kimi balanslı siyasət yürüdən başqa ölkə yoxdur: “Biz bu siyasəti davam etdirməliyik. Türkiyənin balanslı siyasəti bu ölkə üçün çox faydalıdır”.

Check Also

Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

Türkiyədə terrorun kökünü kəsəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə …