Cümə , 22 Noyabr 2024
Drone Cameras

KİV: “Ermənistanın Rusiya və İranla yaxınlığı onun Avropa ilə münasibətlərini ciddi şəkildə poza bilər”

Azərbaycanı Türkiyə və İsrail dəstəklədiyi halda, Ermənistan İran və Rusiyanın tərəfini seçib ki, bu da onların beynəlxalq arenadakı hazırkı rolu nəzərə alınmaqla Ermənistanın Avropa ilə münasibətlərini ciddi şəkildə poza bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Euroactiv” portalındakı məqalədə deyilir.

Məqalədə Ermənistanın bu təsirdən uzaqlaşa bilib-bilməyəcəyinə dair ritorik sual verilir:

“İsrailin qatı düşməni olan, uzun illərdir Cənubi Qafqazda öz qaydalarını diktə etməyə çalışan İran Rusiya ilə strateji və enerji müqaviləsi olan Ermənistana dəstəyi artırıb. Öz növbəsində, Rusiyanın Ermənistan üzərində uzunmüddətli təsir tarixçəsi var”.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovdan sitat gətirilir:

“Rusiyanın Ermənistanda bazaları var. Ermənistanın sərhədlərinin böyük hissəsi Rusiya FTX tərəfindən qorunur, Ermənistan iqtisadiyyatının 75 faizi isə Rusiya şirkətlərinə məxsusdur. Moskvadan uzaqlaşmaq çətin olacaq”.

Ermənistan BMT-də həmişə, o cümlədən 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyaya dəstək verdiyi halda, Azərbaycan hər zaman öz azadlığını qoruyub saxlamağa çalışıb. Azərbaycan 2022-ci ildə müharibə başlayandan sonra Ukraynaya yardım edən ilk Qafqaz ölkəsi oldu. Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 26-da SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin etmək göstərişi verildiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. Həmçinin Azərbaycan Ukraynaya tibbi ləvazimatlar da tədarük edib.

“Beləliklə, İran və Ermənistan, eləcə də Rusiya arasında sıx münasibətlər İrəvanın Avropaya sədaqətində ciddi problem yaradır. Ancaq hətta bu cür məqamda belə Fransa Prezidenti Emmanuel Makron İrəvanı Tehran və Moskva ilə əlaqələrinə görə heç vaxt pisləmir, əksinə, Ermənistanı fəal şəkildə dəstəkləyir”, – materialda qeyd olunub.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …