Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Köhnə “Apple” qurğularında internetə çıxış bağlanacaq

“Apple” şirkəti 2012-ci ilədək buraxılan modellərdə internetin bloklanması barədə qərar qəbul edib. Qurğu istifadəçilərinə “iOS” əməliyyat sisteminin ən son versiyasını quraşdırmaq təklif olunur.

Boyukmillet.com Belta saytına istinadən xəbər verir ki, məlumata görə, köhnəlmiş “iPhone” və “iPad” istifadəçiləri qurğuları “iOS” əməliyyat sisteminin ən son versiyasınadək yeniləməyəcəyi təqdirdə internetə çıxışdan məhrum olacaqlar.

Müvafiq qərar 2012-ci ilədək istehsal edilən qurğu istifadəçilərinə şamil olunur.

Şirkət nümayəndələrinin sözlərinə görə, yenilənmiş proqram təminatının quraşdırılması hər 19 ildə bir dəfə “GPS” qurğularında proqram təminatının silinməsi və yenilənməsi ilə əlaqədardır. Bu, vaxt və tarixin daha dəqiq ölçülməsi üçün həyata keçirilir.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …