Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə uzaq məsafəli və PUA-dan qanadlı raket buraxılışını sınaqdan keçirib

Türkiyə uzaq məsafəli raketini uğurla sınaqdan keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tviterdəki hesabında yazıb.

“Türkiyə səmasının qoruyucusu olan SİPER meydana enməzdən əvvəl etdiyi son sınaqda hədəfi uzaq məsafədən dəqiq vurdu.

Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gecə-gündüz çalışmaqda davam edirik! Təbrik edirik”, – İ.Dəmir qeyd edib.

O, eyni zamanda qeyd edib ki, Türkiyə dünyada ilk dəfə PUA-dan qanadlı raket buraxılışını həyata keçirib.

AKINCI TİHA-dan atılan ÇAKIR bütün kritik komponentləri yerli-milli olan mühərriklə təmin edilib və hədəfi dəqiq zərbə ilə vurub.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …