Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiyada “Mi-2” helikopteri qəzaya uğrayıb, “Transneft”in elektrik xəttini zədələyib

Rusiyanın Primorye diyarında “Mi-2” helikopterinin qəzaya uğrayaraq elektrik xəttinin üzərinə düşməsi nəticəsində “Transneft”in stansiyasına elektrik enerjisinin verilməsi dayanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “dv.kp” məlumat yayıb.

Bildirilib ki, hadisə bir neçə gün əvvəl baş versə də, məlumat mayın 12-də yayılıb. Məlumata görə, mayın 9-da “Transneft”in əməkdaşları elektrik xəttində qəzanın baş verdiyini müşahidə ediblər. İki gün sonra çətin keçilən əraziyə yetişərək əraziyə atılmış “Mi-2” helikopteri görüblər. Helikopterin pilotu hadisə yerində olmayıb. Polis əməkdaşları onun Vladivostok sakini, 64 yaşlı Viktor Q.-ya mənsub olduğunu müəyyənləşdirib. O, üç gündür axtarılır, adamlardan kömək almağa getdiyi və azdığı ehtimal olunur.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …