Cümə , 12 Dekabr 2025
Drone Cameras

MN: “Ermənistan növbəti dəfə təxribat törədərək vəziyyəti gərginləşdirir”

Mayın 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

“Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …