Boyukmillet.com-un məlumatına görə, o, təşkilatın Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib.
Azərbaycanın sabiq mədəniyyət naziri Anar Kərimova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) vəzifə verilib.
A.Kərimov təşkilata üzv dövlətlərin müxtəlif qurumları, eləcə də beynəlxalq təşkilatlar və strukturlarla tərəfdaşlıq əlaqələrini gücləndirmək, ISESCO-nun dünya miqyasında təsirini artırmaq, proqramları dəstəkləmək üçün lazım olan maliyyə resurslarını səfərbər etməklə məşğul olacaq. Bundan başqa o, ISESCO-nun təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində fəaliyyətinə də başçılıq edəcək.
ISESCO-nun Baş Direktorluğu Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri A.Kərimovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona təşkilatın nəcib məqsədlərinə nail olunmasına töhfə vermək missiyasında uğurlar arzulayıb.
Qeyd edək ki, A.Kərimov Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu. O, 2022-ci ildə nazir vəzifəsindən azad edilib.